Bank Of Baku

Gürcüstan parlamentinin Kutaisidə keçiriləcək iclasında təşkilati məsələlər həll olunacaq

Gürcüstan parlamentinin Kutaisidə keçiriləcək iclasında təşkilati məsələlər həll olunacaq
# 19 oktyabr 2012 22:54 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Oktyabrın 21-də bazar günü Kutaisi şəhərində keçiriləcək Gürcüstan parlamentinin ilk iclasında təşkilati məsələlər həll olunacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan parlamentinin yeni sədrinin müavini vəzifəsinə namizəd Manana Kobaxidze məlumat verib. Onun sözlərinə görə, ilk öncə parlamentin hüquqları tanınmalıdır. “Sonra parlament sədri və onun müavinləri, parlament komitələri seçiləcək, çoxluq və azlıq üzrə fraksiyalar yaradılacaq”.
Manana Kobaxidzenin məlumatına görə, yeni parlamentin ilk iclasında bütün Gürcüstanın katolikos-patriarxı II İlya və bir çox konfessiyaların nümayəndələrinin iştirakı gözlənilir. Məlumata görə, parlamenti qanuna uyğun olaraq Gürcüstan prezidenti Mixail Saakaşvili açacaq.
Xatırladaq ki, oktyabrın 19-da Gürcüstan MSK 2012-ci il oktyabrın 1-də keçirilən parlament seçkilərinin son yekun nəticələrini açıqlayıb. Məlumata görə, “Gürcü arzusu” 54, 97%, Vahid Milli Hərəkat partiyası 40, 34% səs əldə edib. Digər partiyalar 5% baryeri aşa bilməyiblər. MSK-nın son nəticələrinə görə, “Gürcü arzusu” bloku parlamentdə 150 yerdən 85 yer, Vahid Milli Hərəkat partiyası isə 65 mandat əldə edib. Seçkilərdə seçici fəallığı 59% olub və 2 mln 150 min 197 nəfər seçici iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR