Moskvada “Antikontrafakt-2012” Birinci Beynəlxalq Forumu keçirilir - FOTO
22 oktyabr 2012 13:17 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında “Antikontrafakt-2012” Birinci Beynəlxalq Forumu keçirilir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya hökumətinin dəstəyi ilə keçirilən forumda baş nazir Dmitri Medvedev iştirak edib.
Forumun əsas mövzuları intellektual mülkiyyət, insan alverinə qarşı mübarizə, saxta və keyfiyyətsiz məhsullardan qorunmaq olub.
Tədbirdə beynəlxalq ekspertlər və tanınmış iş adamları, Rusiyanın bir sıra nazirlikləri və idarələrinin nümayəndələri iştirak edirlər.
Forumda çıxış edən baş nazir Dmitri Medvedev bütün istehlakçıları diqqətli olmağa çağırıb: “Mən bir istehlakçı kimi, öz maraq və hüquqlarımı qoruyaraq özümün və yaxınlarımın sağlamlığını düşünürəm”. Piratçılığa qarşı mübarizədən danışan baş nazir bildirib ki, piratçılığa qarşı mübarizə aparmaq üçün hökümətdə yeni xüsusi orqan yaradılmalıdır: “Mən şəxsən bunun tərəfdarıyam. Çünki piratçılıqla mübarizə təkcə hüquqi mübarizə deyil. Bu həm iqtisadiyyat, həm də istehsal prosesi ilə bağlıdır”.
Qeyd edək ki, üç gün davam edəcək “Antikontrafakt-2012” Birinci Beynəlxalq Forumu Rusiya Ticarət və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Forumun keçirilməsində məqsəd Rusiyada yerli istehsalçılarla yanaşı xarici istehsalçılar üçün vahid sərgi məkanının yaradılmasıdır və intellektual mülkiyyətin qorunması yollarına diqqət etməkdir.

MDB
Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib
02:20
20 may 2024
Ermənistanda Tavuş vilayətinin Kirants kəndinə giriş müvəqqəti məhdudlaşdırılıb
15:04
19 may 2024
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
10:59
19 may 2024
Rusiya MN: Belqorod üzərində “Toçka-U” raketi məhv edilib
03:19
19 may 2024