Bolnisinin Qoşakilsə kəndində naməlum şəxslər azərbaycanlı ailəyə işgəncə verib - FOTOSESSİYA
Şirinovlar ailəsinin ağsaqqalı Yasın Şirinov APA-ya açıqlamasında onun evinə basqın edənlərin silahlı dəstə olduğunu deyib: “Gecə saat 12 radələrində toydan gəlib yatmağa hazırlaşırdıq. Birdən evin qapısı zərblə açıldı. Qaranlıq otağa daxil olan silahlılar avtomatla bir neçə dəfə başımdan və üzümdən vurub çarpayıdan aşırdılar. Əlləri ilə ağzımı tutub lentlə bağladılar. Ayaqlarımı və biləklərimi arxadan bağlayıb, döşəməyə yıxdılar. Həyat yoldaşımın başını avtomatın qundağı ilə vurub yardılar. Qan tökülməyə başladı. Onu qanlı halda yorğana büküb mənim yanıma uzatdılar. Oğlumu da o biri otaqda möhkəm döydülər. Gəlinimi saçlarından tutub sürüyə-sürüyə bizim otağımıza gətirdilər və ondan pulun yerini soruşmağa başladılar. Silahlılar gürcücə danışmırdılar. Onlardan birinin ləhcəsi erməni danışığına oxşayırdı. Maskada olan silahlı dəstə 400 lariyə yaxın pul və 3 ədəd zəncir qızıl, 3 ədəd sırğa və 4 üzük alıb aradan çıxdılar. Oğlumun ağzı qanla dolduqdan sonra ağzına yapışdırılmış lent açıldı və o, ağzı ilə pəncərənin kilidini açıb qonşunu çağırdı”.
Yasin Şirinovun oğlu Azər Şirinov dəstə üzvlərinin onu möhkəm döyərək dişlərini də qırdıqlarını bildirib. “Hər yerim ağrıyır. Dişlərim qırılıb. Danışa bilmirəm. Üç telefonumuzu ayaqları ilə tapdalayıb qırdılar ki, biz zəng edə bilməyək. Polis gəldikdən sonra bizi təcili yardım maşını gəlib Bolnisidəki təcili yardım məntəqəsinə apardı. Orada tibb bacıları başımıza və üzümüzə “zelyonka” çəkməklə kifayətləndilər. Anamın başının yarasını tikmədilər. Evə qayıtmağa maşın da vermədilər. Kəndə zəng vurub maşın çağırdıq”.
APA-nın məlumatına görə, cinayətkarların işgəncə verdiyi Azər Şirinovun oktyabrın 24-dən çənəsində və qarın boşluğu nahiyəsində kəskin ağrılar başlayıb. Avtomatın qundağı ilə vurulduqdan sonra qarın boşluğunda qançırlar əmələ gəlib. Ayağının bud ətinə bıçaq da soxublar.
Polisə zəng vurulduqdan sonra təcili yaradılan əməliyyat qrupu Yasin Şirinovun evinə gəliblər. Kriminal polis əşyayi-dəlil kimi oğruların içdikləri zoğal kompotu olan bankanı və qanlı yastıq üzünü istintaq üçün polis idarəsinə aparıblar. Evə it də gətirilib. Baş verən hadisə ilə bağlı istintaq başlayıb. Oktyabrın 24-də ailənin kürəkəni və digər qohumlar dindirilib.
APA-nın Gürcüstan bürosunun əməkdaşı gecə saatlarında Bolnisi rayon polis idarəsində də olub. Polis idarəsində rəis Tamaz Mamiaşvili olmayıb. Növbətçi polis azərbaycanlı jurnalistin gəldiyi barədə ona məlumat verdikdən sonra rəis bildirib ki, polis idarəsi hələlik araşdırma aparır və rəsmi məlumat almaq üçün Gürcüstan DİN Mətbuat mərkəzinə müraciət edilməsini məsləhət görüb.
Polis idarəsində işləyən detektiv David Kapanadze APA-ya açıqlamasında basqın barədə xəbərdar olduqlarını, lakin konkret bir şey deyə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, aparılan operativ istintaq zamanı bəzi detallar məlum olub: “Lakin biz onu sizə deyə bilmərik. Kənddə olduq. Şirinovların vəziyyəti ilə tanışıq. İstintaq gedir, biz intensiv işləyirik. Bu cinayət qapalı bir işdir. Cinayət törədənin milliyyəti yoxdur. Ona pul və qızıl lazımdır. Fikrimcə, 90 faiz əminəm ki, bir həftədən sonra törədilən işgəncə dolu cinayət işi açılacaq”.
Kənd sakinləri kənddə polis sahə müvəkkilinin olmadığını və polis idarəsinin bu kəndlə maraqlanmadığını qeyd ediblər. Sakinlər bildiriblər ki, gecələr evdən bayıra çıxa bilmirlər. Kəndin kənarından axan Xram çayının sahilində olan evlərdə əvvəllər də belə hadisələr törədildiyi bildirilib.
MDB
Rusiya MN bir gecədə 419 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Xəbər Lenti
Nazir müavini: Azərbaycan itkinlərlə bağlı təşəbbüs və layihələri dəstəkləyib, proses bundan sonra da davam edəcək
Milli Məclisin iclası başlayıb
Nazir monitorinq nəticələrindən danışıb: Bəzi siniflərdə şagirdlərin 50-70%-i minimal təhsil standartlarına cavab vermir
Rusiya MN bir gecədə 419 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1300-ü keçib, 377 nəfər ölüb
Nazir: Enerji səmərəliliyinə yatırımlar iqtisadiyyat üçün ən yüksək gəlir gətirən investisiyalar sırasındadır
FHN-də yarışlarda uğur qazanmış yeniyetmə və gənc idmançılarla görüş keçirilib
Emin Əmrullayev Saatlıda vətəndaşları qəbul edəcək
Bu il 81 min nəfərə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin edilib
"Fitch": Brent nefti ilin sonunadək 70 dollara enəcək
Nazir: 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq, onlar sertifikatlaşdırmada iştirak etməyəcək
Azərbaycanda 14 mindən çox müəllim 1500–2000 manat əməkhaqqı alır
Nazir sertifikasiyada sualların çətin olması ilə bağlı iddialara münasibət bildirib
Azərbaycan və Ermənistan vətəndaşlarına itkinlər, dəfn yerlərinə dair konfidensial məlumat verilməsinə imkan yaradılacaq
Emin Əmrullayev: MİQ imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51-dir
DTX rəisinin müavini: Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllində Ermənistanla əməkdaşlığa hazırdır
91 mindən çox müəllim sertifikatlaşdırmada uğur qazanıb, 9 334 nəfərin əmək müqaviləsinə xitam verilib
Rəis müavini: Şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailəsinə təhvil veriləcək
Nazir: Bu günədək 104 435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib
Komissiya: Azərbaycan itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün səylərini davam etdirir
Şərafət Həsənov: İşğaldan azad olunmuş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb
Azərbaycana qarşı hərbi təcavüz nəticəsində indiyədək 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
Fatih Birol: Mövcud böhran enerji səmərəliliyi sahəsində tədbirləri sürətləndirməlidir
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır
BEA: Ölkələr enerji səmərəliliyinin artırılması üzrə tədbirləri gücləndirəcək
Monakoda törədilən partlayışda ukraynalı biznesmen və ailə üzvləri ağır yaralanıb - YENİLƏNİB
Azərbaycan nefti bahalaşıb
Bu günün valyuta məzənnələri
Niderlandın penalti kabusu davam edib - 3 mundialdır eyni aqibət
Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Neft qiymətləri əvvəlki ticarət sessiyasındakı artımdan sonra enir
Paytaxtın iki rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
“Bitcoin” növbəti dəfə 60 min dollardan aşağı ticarət olunub
DÇ-2026: Mərakeş Niderlandı məğlub edərək 1/8 finala çıxıb
Tramp ABŞ-da yanacağın qiymətlərinin aşağı salınmasını tələb edib
Britaniya dron istehsalına 6,5 milyard dollardan çox investisiya yatıracaq
Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiqini dəstəkləmir
Rubio: ABŞ Liviyada birliyin bərpasına kömək edəcək
Starmer Londonda Rutte ilə görüşüb
DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib
"Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqlayıb
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik