Bank Of Baku

Tatarıstanda Qurban Bayramı zamanı planlaşdırılan terror aktının qarşısı alınıb

Tatarıstanda Qurban Bayramı zamanı planlaşdırılan terror aktının qarşısı alınıb
# 25 oktyabr 2012 10:34 (UTC +04:00)
Bakı - APA. Dünən Kazanda (Tatarıstan) iki yaraqlının öldürülməsi ilə Qurban Bayramı zamanı törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb. APA-nın xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Qeyd edilir ki, oktyabrın 24-də əməliyyatçılar şəhərin Kimyaçılar küçəsində yaşayış binasında gizlənən cinayətkarları mühasirəyə alıblar. Əməliyyat nəticəsində iki yaraqlı öldürülüb, lakin eyni zamanda FTX-nin bir əməkdaşı həlak olub. Bildirilir ki, o özünü işə salınmış bombanın üstünə ataraq əməkdaşlarını və dinc əhalini xilas edib.

Məlumatda deyilir ki, öldürülən yaraqlılar Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin müftisinin öldürülməsinə cəhd və onun müavininin öldürülməsi ilə bağlı cinayət işi üzrə axtarışda olublar.

Bununla yanaşı bildirilir ki, oktyabrın 26-da Qurban Bayramı zamanı insanların kütləvi toplaşdığı yerlərdə dəstə üzvləri tərəfindən irimiqyaslı terror aktının həyata keçirilməsi barədə məlumatlar daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR