Bank Of Baku

Türkmənistan sərhədçiləri Qazaxıstanın polis əməkdaşlarını həbs edib

Türkmənistan sərhədçiləri Qazaxıstanın polis əməkdaşlarını həbs edib
# 25 oktyabr 2012 16:43 (UTC +04:00)
Bakı - APA. Türkmənistan sərhədçiləri içərisində polis əməkdaşları olan bir qrup Qazaxıstan vətəndaşını saxlayıblar. APA-nın Qazaxıstanın «Lada» nəşrinə istinadən məlumatına görə, saxlanılanlar sərhədin pozulması və silah qaçaqmalçığında ittiham olunurlar.

Bu hadisə hələ ötən həftənin sonunda baş verib. Mənbənin məlumatına görə, 7 Qazaxıstan vətəndaşı sərhədyanı rayonda olarkən azaraq təsadüfən Türkmənistan ərazisinə keçiblər.

Saxlanılanların sırasında Karakiya rayonu miqrasiya polisinin 4 əməkdaşı və silahı olan 3 ovçu var. Onlar tutularaq Türkmənistanın Balkanabad şəhərində müvəqqəti saxlanma təcridxanasına aparılıblar və onlara qarşı cinayət işi açılıb. Hələlik Türkmənistan tərəfinin hadisə ilə bağlı rəsmi mövqeyi məlum deyil.
Polis əməkdaşlarının saxlanması barədə məlumatı Qazaxıstanın Manqistau vilayətinin Daxili İşlər Departamentində təsdiqləyiblər. Mənbənin sözlərinə görə, polislər xidməti ezamiyyətə gedərək yolu itiriblər və Türkmənistan sərhədini keçiblər. Həmçinin bildirilir ki, Türkmənistan tərəfi hələ də «kontakta çıxmır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR