Bank Of Baku

Ukraynada səslərin 40 faizi sayılıb

Ukraynada səslərin 40 faizi sayılıb
# 29 oktyabr 2012 09:30 (UTC +04:00)
APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, proporsional sistem üzrə bülletenlərin 40,14%-i sayıldıqdan sonra prezident Viktor Yanukoviçin Regionlar Partiyasının 35,61%, Yuliya Timoşenkonun “Batkivşina” (Vətən) Ümumukrayna Birliyi ətrafında birləşmiş müxalifətin 21,55%, iqtidaryönlü Kommunist Partiyasının 15,1%, məşhur boksçu Vitali Kliçkonun müxalif “UDAR” Partiyasının 12,83%, radikal müxalifətçi və ultramillətçi “Svoboda” Ümumukrayna Birliyinin isə 8,05% səs aldığı açıqlanıb. Beləliklə, yeni parlamentdə 3 müxalifət fraksiyasının təmsil olunacağı dəqiqləşib. Digər partiyalar 5%-lik minimum baryeri keçə bilməyiblər.

Seçkidə Ukrayna müstəqillik əldə etdikdən bəri ən aşağı iştirak faizi qeydə alınıb. Belə ki, 28 oktyabr 2012-ci il seçkilərində seçicilərin cəmi 57,99%-i səs verib.

Qeyd edək ki, Ukrayna parlamenti 450 deputatdan ibarətdir. Bunların yarısı proporsional, yarısı isə majoritar sistem üzrə seçilir. Majoritar dairələrdə Regionlar Partiyasının namizədləri böyük üstünlüyə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR