Bank Of Baku

Ukraynada səslərin 60 faizi sayılıb

Ukraynada səslərin 60 faizi sayılıb
# 29 oktyabr 2012 14:27 (UTC +04:00)
APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, proporsional sistem üzrə bülletenlərin 61,07%-i hesablandıqdan sonra prezident Viktor Yanukoviçin Regionlar Partiyasının 34,2%, Yuliya Timoşenkonun “Batkivşina” (Vətən) Ümumukrayna Birliyi ətrafında birləşmiş müxalifətin 22,49%, iqtidaryönlü Kommunist Partiyasının 14,73%, məşhur boksçu Vitali Kliçkonun müxalif “UDAR” Partiyasının 12,99%, radikal müxalifətçi və ultramillətçi “Svoboda” Ümumukrayna Birliyinin isə 8,7% səs aldığı açıqlanıb. Beləliklə, yeni parlamentdə 3 müxalifət fraksiyasının təmsil olunacağı dəqiqləşib. Digər partiyalar 5%-lik minimum baryeri keçə bilməyiblər.

Seçkidə Ukrayna müstəqillik əldə etdikdən bəri ən aşağı iştirak faizi qeydə alınıb. Belə ki, 28 oktyabr 2012-ci il seçkilərində seçicilərin cəmi 57,99%-i səs verib.

Qeyd edək ki, Ukrayna parlamenti 450 deputatdan ibarətdir. Bunların yarısı proporsional, yarısı isə majoritar sistem üzrə seçilir. Majoritar dairələrdə Regionlar Partiyasının namizədləri böyük üstünlüyə malikdir. Yeni hökuməti kommunistlərin dəstəyi ilə Regionlar Partiyasının formalaşdıracağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR