Bank Of Baku

Sergey Lavrov: “Bəşər Əsəd hökuməti devrilsə, daha çox qan axacaq”

Sergey Lavrov: “Bəşər Əsəd hökuməti devrilsə, daha çox qan axacaq”
# 01 noyabr 2012 09:00 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. “Əsəd hökuməti devriləcəyi təqdirdə ölkədə daha çox qan axacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov fransalı həmkarı Laurent Fabiusla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

Həm Rusiyanın, həm də Fransanın Suriyaya hərbi müdaxilənin əleyhinə olduğunu söyləyən Lavrov Bəşər Əsədin hakimiyyətdən getməsi ilə problemin həll olunmayacağını bildirib: “Suriyaya hərbi müdaxilə olmayacağı barədə Fransa ilə həmfikirik. Qərb dövlətlərinin Bəşər Əsədin devrilməsi ilə bağlı tələbləri saf bir xəyaldır”.

Rusiyanın baş diplomatı Suriya hakimiyyətinin döyüşlərdə sovet və Rusiya istehsalı silahlardan istifadə etməsi iddialarına da münasibət bildirib. “MİQ” qırıcı təyyarələrin Suriya xalqını bombalaması ilə bağlı sualı cavablandıran S. Lavrov bu iddiaların gerçək olmadığını söyləyib: “Suriya hakimiyyəti təkcə sovet və Rusiya istehsalı silah-sursatdan istifadə etmir. Son 20 ildə Suriyaya Rusiya istehsalı daxil, ABŞ və Fransa istehsalı qırıcı təyyarələri də satılıb. Döyüşlərdə bütün ölkələrdən alınan döyüş təyyarələrindən istifadə edilir”.

Bəşər Əsədinin devrilməsinin 19 ay davam edən şiddəti dayandırmayacağını söyləyən Rusiya XİN başçısı belə bir qərarın Suriya xalqı tərəfindən verilməsinin vacib olduğunu bildirib: “Əgər Əsəd hökuməti devrilsə, onda hər şey devriləcək. Daha çox qan axacaq. Əsədin gələcəyi barədə Suriya xalqı qərar verməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR