Bank Of Baku

Dmitri Peskov: “Vladimir Putinin idman zədəsi alması onun iş fəaliyyətinə maneəçilik törətmir”

Dmitri Peskov: “Vladimir Putinin idman zədəsi alması onun iş fəaliyyətinə maneəçilik törətmir”
# 01 noyabr 2012 13:24 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. O, V. Putinin sağlamlıq problemləri ilə əlaqədar mətbuatda yazılan məlumatların yalan olduğunu söyləyib: “Vladimir Putin kimi hər gün idman edən insanlarda, xüsusən də idmançılarda belə problemlər olur. Putin təcrübəli idmançıdır. O, hər gün ciddi olaraq məşq edir. Prezident hal-hazırda iş başındadır. Onun gərgin iş qrafiki var”.

Rəsmi səfərlərin bir çoxunun təxirə salınmasının V. Putinin idman zədəsi ilə bağlı olmadığını söyləyən D. Peskov bu iddiaların yalan olduğunu bildirib.

Qeyd edək ki, Rusiya mətbuatında V. Putinin ciddi zədə alması və onun işə çıxmaması ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda bildirib ki, Rusiya prezidenti sağlamlğındakı problemlərlə əlaqədar Türkiyə və Hindistana rəsmi səfərlərini təxirə salıb. Onun belindən zədələndiyi barədə məlumatlar yayılıb.

Onu da qeyd edək ki, V. Putinin noyabrın 2-də Türkmənistana səfəri, Hindistan, Pakistan, Bolqarıstan və Ermənistana səfərləri dekabr ayına kimi təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR