Bank Of Baku

Məşhur Kreml ulduzunun 75 yaşı tamam olur - FOTOSESSİYA

Məşhur Kreml ulduzunun 75 yaşı tamam olur - <font color=red>FOTOSESSİYA</font>
# 02 noyabr 2012 12:04 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. 75 il əvvəl, 1937-ci il noyabrın 2-də Moskva Kremlinin qüllələrində beşkünc rubin ulduzlar yanmağa başladı. Həmin ulduzlar sovet dönəminin simvoluna çevrildi. Qızıl meydanda turistlərin kamerasının obyektivinə asanlıqla sığan həmin ulduzun çəkisi əslində 1 tondan çoxdur. Hündürlüyü 4 metrə çatan rubin ulduzun kənarları və künc hissələri qızıl metalla cilalanıb.

Rubin ulduza qədər sovetlərin simvolu qızılı və qiymətli daşlarla örtülü beşkünc ulduz olub. 1935-ci ildə qoyulan bu ulduz Çar imperiyasının simvolu olan qartalları əvvəz eləmişdi. Lakin iki il sonra bu ulduzun da dəyişdirilməsinə qərarı verilir. Onun yerinə beşkünc rubin daşından olan ulduz qoyulur.

Rubin ulduzlar Kremlin Borovitskaya, Troitskaya, Spasskaya, Nikolskaya və Vodovzvodnoya qüllələrini bəzəyir. İlk olaraq rubin ulduz Spasskaya qülləsinə qoyulub.

Bu ulduzların eskizi SSSR xalq rəssamı, “Bolşoy Teatrın” baş rəssamı, akademik F. F. Fyodorski tərəfindən 1935-37-ci illərdə hazırlanıb.

Rubin ulduzların yerləşdiyi qüllələrdə qaldırıcı mexanizm qurulub. Bu mexanizm vasitəsilə ulduz təmizlənməsi, texniki işlərin aparılması asanlıqla həyata keçirilir. Qaranlıq düşən kimi, bu ulduzlar yanmağa başlayır.

Beşkünc rubin ulduz SSRİ-nin süqutundan sonra az miqdarda qalan sovet simvollarından biridir. Sovet imperiyası dağılandan sonra bu ulduzun Kremldən yığışdırılması məsələsi gündəmə gətirilmişdi. Bu gün də Rubin ulduzun Kreml qüllələrindən götürülməsini istəyənlər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR