Bank Of Baku

BMT-nin baş katibi gürcü-abxaz münaqişəsi zonasında baş verən insidentlərdən narahatlığını bildirib

BMT-nin baş katibi gürcü-abxaz münaqişəsi zonasında baş verən insidentlərdən narahatlığını bildirib
# 16 yanvar 2007 11:18 (UTC +04:00)
BMT-nin baş katibi Pan Qi Mun gürcü-abxaz münaqişəsi zonasında baş verən son insidentlərdən narahatlığını bildirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə baş katibin Təhlükəsizlik Şurasına təqdim olunan məruzəsində bildirilir. İnsidentlərin münaqişənin yenidən alovlanması ehtimalını artırdığını vurğulayan Pan Qi Mun tərəfləri hadisələrin bu ssenari üzrə inkişafının qarşısını almağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırıb. O, ümid etdiyini bildirib ki, BMT-nin Gürcüstandakı missiyasının mandatının uzadılması məsələsinə baxılacağı aprel ayına qədər TŞ-nin 13 oktyabr 2006-cı il tarixli qətnaməsinin yerinə yetirilməsində ciddi uğurlar əldə olunacaq. Qeyd edək ki, baş katibin məruzəsinə Təhlükəsizlik Şurasının yanvarın 24-də keçiriləcək iclasında baxılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR