Bank Of Baku

Litva Gürcüstanın NATO-ya üzvlüyünə dəstək verəcək

Litva Gürcüstanın NATO-ya üzvlüyünə dəstək verəcək
# 03 fevral 2007 07:33 (UTC +04:00)
Gürcüstanda rəsmi səfərdə olan Litvanın baş naziri Gediminas Kirkilas ölkə rəhbərliyi ilə görüşlər keçirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, parlamentin sədri Nino Burcanadze, baş nazir Zurab Noqaideli, xarici işlər naziri Gela Bejuaşvili və Tiflis meri Gigi Uqulava ilə görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Gürcüstanın avroatlantik strukturlara inteqrasiyası və regionun enerji təhlükəsizliyi də diqqət mərkəzində olub. G. Kirkilas N. Burcanadze ilə danışıqlar zamanı bildirib ki, Litva Gürcüstanın NATO-ya və Avropa İttifaqına üzvlüyünü dəstəkləyir: “Biz bu sahədə təcrübəmizi Gürcüstanla bölüşməyə hazırıq”. Tərəflər Gürcüstanın Baltik ölkələri Parlament Assambleyasında iştirak imkanlarını da nəzərdən keçiriblər. Z. Noqaideli ilə görüşdə isə G. Kirkilas Xəzərin enerji ehtiyatlarının Avropaya nəql olunmasında tranzit ölkə kimi Gürcüstanın əhəmiyyətindən danışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR