Bank Of Baku

Mixail Saakaşvili NATO və Avropa İttifaqının rəhbərliyi ilə görüşəcək

Mixail Saakaşvili NATO və Avropa İttifaqının rəhbərliyi ilə görüşəcək
# 26 fevral 2007 10:11 (UTC +04:00)
Belçikada rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili NATO və Avropa İttifaqının rəhbərliyi ilə görüşəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, M. Saakaşvili əvvəlcə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana ilə bir araya gələcək. Görüşdə Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının yerinə yetirilməsi, Gürcüstanla azad ticarət rejimi haqqında müqavilə, Gürcüstan ərazisindəki münaqişələrin həllində Aİ-nin rolunun artırılması, Gürcüstan vətəndaşları üçün viza rejiminin yumşaldılması və digər məsələlər müzakirə olunacaq. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. Daha sonra M. Saakaşvili Marşall Mərkəzində çıxış edəcək. Rəsmi görüşlər fevralın 28-də başa çatacaq.
Qeyd edək ki, Gürcüstan prezidenti fevralın 24-də Belçikaya yola düşüb. Təyyarə havaya qalxdıqdan bir qədər sonra güclü külək yeni istifadəyə verilmiş Tiflis aeroportunun dam örtüyünün bir hissəsini uçurub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR