Bank Of Baku

İrakli Okruaşvilinin yaxın adamlarından biri olan Quram Qoqua azadlığa buraxılıb

İrakli Okruaşvilinin yaxın adamlarından biri olan Quram Qoqua azadlığa buraxılıb
# 10 oktyabr 2007 14:33 (UTC +04:00)
Tiflis şəhər Məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşvilinin yaxın adamlarından biri sayılan “Art” şirkətinin təsisçisi Quram Qoquanın 100 min lari (59 min dollar) girov müqabilində azadlığa buraxılması haqqında qərar qəbul edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Qori və Senaki rayonları ərazisində hərbi bazaların tikintisinə ayrılan vəsaitin mənimsənilməsində ittiham olunan Q. Qoquanın adı “GeoCell” şirkəti ilə bağlı qalmaqalda da keçir. İstintaq müəyyənləşdirib ki, iş adamı Camal Svanidze “GeoCell” şirkətində real dəyəri 10 milyon dollar olan 2,6%-lik səhmlərini 250 min dollara satmağa məcbur edildikdən sonra səhmlər məhz Q. Qoquanın adına rəsmiləşdirilib. Bu iş üzrə prezidentin mətbuat katibi və parlament katibi Dmitri Kitoşvili də həbs olunub və sonradan zaminə buraxılıb. İ. Okruaşviliyə də bu epizod üzrə ittiham irəli sürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR