Bank Of Baku

İrakli Okruaşvili siyasətdən gedir

İrakli Okruaşvili siyasətdən gedir
# 11 oktyabr 2007 15:16 (UTC +04:00)
Gürcüstanın sabiq müdafiə naziri, “Vahid Gürcüstan Uğrunda Hərəkat” Partiyasının lideri İrakli Okruaşvilinin fiziki durumu ağırdır və o, siyasətdən gedir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında “Vahid Gürcüstan Uğrunda Hərəkat” Partiyasının liderlərindən biri, deputat Koka Quntsadze deyib. O, oktyabrın 10-da axşam deputat həmkarı və partiya yoldaşı Giya Tortladze ilə birlikdə İ. Okruaşvilinin evinə getdiklərini və onunla iki saata yaxın söhbət etdiklərini bildirib: “Detallar haqda danışmaq onun üçün çətindir. Yaranmış vəziyyətdən çıxış edərək və bütün nüansları nəzərə alaraq İrakli Okruaşvili siyasətdən getməyə qərar verib”. G. Tortladze isə İ. Okruaşvilinin həm fiziki, həm də mənəvi cəhətdən özünü yaxşı hiss etmədiyini söyləyib: “Dostları və tərəfdaşları olaraq bizim ona iradımız yoxdur. Siyasi komandamız daha böyük həvəslə nəzərdə tutulan planları həyata keçirir və biz gürcü xalqı ilə birlikdə noyabrın 2-də bu rejimə layiqli cavab verəcəyik”. Deputatın sözlərinə görə, İ. Okruaşvili öz işini görüb və silahdaşları ilə birlikdə siyasi prosesləri ölü nöqtədən tərpədib: “İrakli Okruaşvili qorxunu dağıtdı və insanların spontan şəkildə küçələrə çıxmasına şərait yaratdı. O, həqiqətləri söylədi və gürcü xalqının əksəriyyətini bu həqiqətlərə inandırdı. Ən əsası isə odur ki, Okruaşvili müxalifətin birləşməsinə, zorakılığa və ədalətsizliyə qarşı ümumxalq hərəkatına impuls verdi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR