Bank Of Baku

Qiqa Bikeriya: “Okuraşvili Gürcüstan dövlətinə və hakim qüvvələrə böyük zərbə vurdu”

Qiqa Bikeriya: “Okuraşvili Gürcüstan dövlətinə və hakim qüvvələrə böyük zərbə vurdu”
# 12 oktyabr 2007 22:05 (UTC +04:00)
- Gürcüstan qanunveriiciliyi zaminə buraxılmış şəxsin ölkəni tərk etməsinə imkan verirmi?
- Bəli, həmin şəxs prokurorluğa müraciət edib, razılıq alsa, təhqiqat davam etdirlən dövrdə xaricdə ola bilər. Artıq bununla bağlı bir neçə illik təcrübə var. hazırda zaminə buraxılmaqla azadlıqda olanların sayı 56% keçib.
-Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okuraşvilinin zaminə buraxılması üçün təklif olunun məbləğ cəmiyyətində böyük əkssəda doğürdu. Niyə bu qədər böyük məbləğ istənildi?
- Bu cinayətin böyüklüyündən və şəxsin maliyyə imkanlarından asılı olan məsələdir. Kiminsə üçün 5000 lari çox böyük məbləğ sayılır, amma milyoner adam üçün bu, sadəcə qəpikdir.
- Deməli, Siz Okuraşvilinin sərvətini milyonlarla hesablayırsınız?
- Mən bu barədə dəqiq bir şey deyə bilmərəm. Amma Okuraşvili rüşvətxorluqda ittiham olunur. Təkcə ona məxsus Geocell kampaniyasının səhmlərinin qiyməti təxminən 10 milyon dollardır. Bunun üzərinə çirkli pulların yuyulmasından və vergidən yayınmalar nəticəsində əldə olunan 2 milyon dolları da əlavə etsək, çox böyük məbləğ alınıır. Məsələ ondadı ki, Gürcüstan üçün böyük olan məbləği Okuraşvili ödədi və azadlığa çıxdı.
- Məbləğin kim və ya kimlər tərəfindən ödənildiyi məlumdurmu?
- Əsas məsələ də budur ki, mənbə məlum deyil. Bu, artıq prokrorluğun işidir.
- Hakim partiyanın bir neçə üzvü Okuraşvilinin Badri Patarkaçişvilinin dəstəyi ilə ölkədə dövlət çevrilişinə cəhd göstərməsi məzmununda bəyanatla çıxış etdilər. Siz bir hüquq eksperti kimi baş verənləri dövlət çevrilişinə cəhd adlandırırsınızmı?
- Mənə elə gəlir ki, bu məqamda çevriliş ifadəsi yerində işlənməyib. Əvvəlcə Patarkaçişvilinin, sonra Okuraşvilinin çıxışları hazırlanmış siyasi oyuna bənzəyirdi. Patarkaçişvili keçmiş müdafiə naziri ilə tez-tez görüşdüyünü və fikirlərini bölüşdüyünü təsdiqlədi. Okuraşvilidə onun tərəfindən istiqamətləndirildiyini boynuna aldı. Patarkaçişvili başa düşə bilmir ki, onun dövlət əleyhinə yönəltdiyi hər silah özünə tərəf çevrilir. Nəticə etibarı ilə isə xalq kimə inanmaq lazım olduğunu yaxşı bilir.
-Okuraşvilinin prezidentin və hakim partiyanın əleyhinə yönəlmiş çıxışının cəmiyyətdə Mixail Saakaşviliyə qarşı inamsızlıq yaratması haqaında rəylər var. Cəmiyyət baş verənlərlə bağlı açıqlama gözləyirdi. Bu açıqlamanı verə bildinizmi?
-Əgər siz, cənab Okuraşvilinin ağılsız çıxışını nəzərdə tutursunuzsa, onda deyə bilərəm ki, əhalinin böyük əksəriyyəti ona inanmadı. Düzdür, bu dövlətə və hakim qüvvələrə böyük zərbə oldu. Bu zərbə Okuraşvilinin verdiyi bəyanatlarla deyil, vaxtı ilə onun bizim komandanın aparıcı simalarından biri olması ilə bağlıdır. Okuraşvili yəqin fikirləşmişdi ki, Saakaşviliyə və hökümətə qarşı irəli sürdüyü əsassız ittihamlarla prezident və onun komandası qalmaqaldan qorxacaq və onu həbs etməyəcək. Lakin, gördüyünüz kimi, Gürcüstan höküməti kompromisə getmədi. Əgər Gürcüstan höküməti rüşvətxorluğa və təşkil olunmuş cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparmasaydı, onda Okuraşvili ilə razlığa gələrdi: “Sən bizə dəymə, biz də sənə dəyməyəcəyik” prinsipi işləyərdi. Lakin bu Gürcüstan dövlətinin əsaslarının sarsılması olardı.
- Okuraşvilinin hakimiyyət komandasını tərk etməsindən 11 ay keçib. Bəs niyə o məhz indi, bu bəyanatlardan sonra rüşvətxor kimi həbs edildi?
- Hələ iki il bundan əvvəl Okuraşvilinin yaxın adamlarından biri rüşvətxorluqda ittiham olunaraq, həbs olunmuşdu. Şəxsən mən bizim komandadan Okuraşvilinin rüşvətxorluqla məşğul olduğuna heç zaman inanmamışam.
- Amma Okuraşvilinin televiziyadakı sensasion çıxışından iki gün sonra rüşvətxorluqda ittiham olundu. Niyə bu hadisə bu çıxışdan bir ay və ya bir gün əvvəl baş vermədi?
-Xatırladım ki, bu çıxışlardan bir neçə gün əvvəl Saakaşvili komandasının iki üzvü Dimitri Ketoşvili və Qoqua (Geocell kampaniyasının səhmləri onun adına qeydiyyata alınıb-red) həbs olundu. Bunlardan sonra Okuraşvili təhlükəsizliyini təmin etmək üçün çıxışlara başladı. Belə bir fakt da var ki, Ketoşvili Qoquanın həbsindən sonra Okuraşviliyə zəng vuraraq, gələcək planlar haqqında soruşub. Ancaq Okuraşvilinin planları baş tutmadı, o, etdiklərinə görə cavab verməli oldu.
-“Okuraşvili hadisəsi” hakim partiyanın qarşıdakı parlament seçkilərində reytinqinə necə təsir edəcək?
-Sözsüz, bu hadisə bizim reytinqimizə mənfi təsir göstərəcək. Bunu inkar etmək ağılsızlıq olardı. Ancaq aparılmış sorğunun nəticələri göstərir ki, hakim partiya hələ də öz reytinqini qoruyub saxlaya bilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR