Salome Zurabişvili: “Azərbaycanın Cənubi Qafqazda liderliyi ələ alması böyük dövlətlərin Gürcüstana marağının itməsinə səbəb ola bilər” - EKSKLÜZİV
- Mən heç bir zaman Saakaşvilinin silahdaşı olmamışam. Salome Zurabişvili Gürcüstanının demokratik yolla inkişafının tərəfdarı olub. Mən həmişə Gürcüstanın Avropa dəyərlərinə söykənən demokratik, azad və müstəqil dövlət kimi inkişafına çalışmışam. Heç bir zaman nə şəxsən Saakaşvilinin, nə onun partiyasının tərəfdarı olmamışam. Vəzifə başında olan zaman da Milli Hərəkat Partiyasının üzvü deyildim. Mən Saakaşvilinin deyil, Gürcüstanın tərəfdarıyam.
- İrakli Okruaşvili ilə bağlı baş verən hadisələrə münasibətiniz necədir?
- 20 min nəfərin iştirakı ilə Tiflisdə keçirilən mitinq İrakli Okruaşviliyə görə keçirilmirdi. Sadəcə, Okruaşvilinin çıxışı cəmiyyətdə olan həqiqətləri üzə çıxarıb. Cəmiyyətdə hökumətin demokratik dəyərləri, hüquqi idarəetmə sistemi, iqtisadiyyatın idarə edilməsi yolları ,özəlləşdirmə zamanı baş verən rüşvətxorluq halları ilə bağlı suallar yaranıb. Okruaşvilinin çıxışı bu sualları yenidən gündəmə gətirdi. Əhalinin özü-özünə verdiyi suallarla, məsələn, Zurab Jvaniyanın ölümü ilə Okruaşvilinin çıxışı üst-üstə düşdü. Heç kim buna görə əsas məsuliyyəti daşıyan prezidentə bu sualları verə bilmir. İrakli Okruaşvilinin çıxışından bir gün sonra həbs olunması isə onun söylədiklərinin həqiqət olduğunu deməyə əsas verir.
Keçmiş nazirin həbsi siyasi xarakter daşıyır. Onun partiya yaratdığı dövrdə həbs olunması siyasi məqsədlər güdür. Əhali küçələrə axışmaqla ölkədə yeni bir siyasi məhbusun peyda olmasına qarşı çıxdı. Təcridxanada baş verənlər isə göstərir ki, Gürcüstanda hələdə Sovet dövründən qalma qaydalar var. Mən əminliklə deyə bilərəm ki, təcridxanada İrakli Okuraşviliyə qarşı güc tətbiq olunub. Heç bir şəxs öz istəyi ilə siyasi imicini poza bilməz.
- İrakli Okruaşvili çıxışdan sonra həbs olunacağını bilmirdimi?
- Mən demirəm ki, onun dediyi hər bir söz doğrudur. Sadəcə, təcridxanada öz istəyi ilə bu cür açıqlama vermək siyasi cəhətdən intihar deməkdir. Dəqiq deyə bilmərəm ki, Okruaşviliyə qarşı hansı növ təzyiq olub. Ancaq mənəvi və ya fiziki təsirlərin sayəsində belə açıqlamalar vermək olar. Bir daha deyirəm, mən onun tərəfdarlarından deyiləm, Okruaşvili müxalifətin lideri hesab etmirəm. Bununla belə demokratik bir ölkədə belə bir yolla siyasətə gəlmək düzgün deyil. Keçmiş müdafiə nazirinin verdiyi açıqlamaların həqiqət olub-olmadığını araşdırmaq məhkəmənin səlahiyyətidir. Mən yalnız bu məsələyə siyasi baxımdan münasibət bildirə bilərəm.
- Okruaşvilinin başına gələnlər müxalifət düşərgəsinə mənfi təsir göstərməyəcək ki?
- Okruaşvili hadisəsi yalnız onun rəhbərlik etdiyi partiyaya mənfi təsir göstərə bilər. Əhali arasında aparılmış sorğunun nəticələri də göstərir ki, xalqın 93,8 faizi onun ikinci çıxışına deyil, ilk çıxışına inanır. Okuraşvilinin çıxışı onun siyasi imicinə mənfi təsir göstərəcək. Belə ki, əhali onun zəif və iradəsiz olduğunu düşünə bilər. Bu hadisə müxalifətin imicinə müsbət təsir göstərdi. Okuraşvilinin simasında xalq hakimiyyətdə olan qüvvələrin kim olduqlarını başa düşdü.
- Prezident və parlament seçkilərini vaxtını dəyişməklə Saakaşvili nəyə nail olmaq istəyir?
- Heç bir demokratik dövlətdə prezidentə seçkilərin vaxtını dəyişmək səlahiyyəti verilməyib. Parlament xalqın rəyi ilə formalaşır və hər bir seçilən millət vəkili müəyyən edilmiş vaxt çərçivəsində fəaliyyət göstərir. Artıq Saakaşvili və partiyası baş verən son hadisələrdən sonra populyarlığını itirib. Seçkilərin vaxtını dəyişməklə o, mandatını uzatmağa çalışır. Prezident əhalinin işsiz təbəqəsinə yeni iş yerləri açmaqla, maaşları artırmaqla itirdiklərini geri qaytarmağa çalışır. Digər tərəfdən Saakaşvili artıq seçkilərdə qələbə qazanmaq üçün lazımı qədər vəsait toplayıb.
- Müxalifətin seçkilərdə qalib gəlmək şansını necə qiymətləndirirsiniz?
- Bu gün Mərkəzi Seçki Komissiyasında bir nəfər də olsun müxalifət nümayəndəsi yoxdur. Onlar istədiklərini edirlər, bizim seçkilərdə qələbəmiz seçkilərin ədalətli və şəffaf keçirilməsindən asılı olacaq.
- Xarici siyasətdə təcrübəsi olan bir şəxs kimi Dağlıq Qarabağ münaqişəsinin həllini necə görürsünüz?
- Bizim də daxili münaqişələrimiz var. Ümumiyyətlə hər üç münaqişə - Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri Sovetlər Birliyin yaratdığı və həll etmədiyi problemlərdir. Mənə elə gəlir ki, bu münaqişələr birlikdə həll olunmalıdır, çünki bura eyni regiondur. Münaqişələrin həllinə daha çox xarici təşkilatları, əsasən də Avropa Birliyini cəlb etməklə nail olmaq olar. Son iki ildə beynəlxalq təşkilatların münaqişələrin həllinə çoxda aktiv olmayan marağını görürük. Lakin bu üç Cənubi Qafqaz respublikası öz aralarında münaqişənin həllini tapmalıdır. Təəssüf ki, Gürcüstan ən yaxın qonşularının probleminin həllində yaxından iştirak etmir. Amma ölkəmizin bu prosesdə iştirakı və köməyi çox vacibdir.
- Müsahibələrinizin birində deyibsiniz ki, Azərbaycan Cənubi Qafqazda liderliyi ələ almaqla ABŞ və Qərbin Gürcüstana olan marağını özünə tərəf çevirir. Bunu nə ilə əsaslandıra bilərsiniz?
- Bildiyiniz kimi, Gürcüstan tarix boyu Cənubi Qafqazda əsas lider dövlət olub. Gürcüstan həmişə regionda lider olmaq uğrunda mübarizə aparıb. Lakin indi o, bu mübarizədə məğlub olmaq üzrədir. Bu gün bu mübarizədə əsas yeri Azərbaycan tutur. Gürcüstan mərkəzdə dayansa da, bu mövqeyindən lazımı qədər istifadə edə bilmir. Azərbaycanın regionda liderliyi ələ alması böyük dövlətlərin Gürcüstana olan marağının itməsinə səbəb ola bilər. /APA/
MDB
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir
Putin: Moskva İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə danışıqlara hazırdır
Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
"Aeroflot"un keçmiş baş direktoru saxlanılıb
Xəbər Lenti
Tramp: Müharibə yenidən başlasa, ABŞ İranda işi bir həftəyə bitirər
ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib
Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb - FOTO
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib
Ərdoğan: Avropa ölkələri NATO çərçivəsində daha çox məsuliyyət götürməlidir
Şahbaz Şərif: ABŞ-İran memorandumunda raket proqramı ilə bağlı heç bir müddəa yoxdur
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir, lakin ABŞ-la memorandum üzrə öhdəliklərini yerinə yetirəcək
Tramp: AEBA müfəttişlərinin İrana göndərilməsi ilə bağlı tələskənlik yoxdur
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçilib
Prezidentin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx paylaşılıb - VİDEO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
Rubio: İranın bərpasına ayrılacaq vəsait təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq
Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb - VİDEO
Rubio: İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsinə icazə verilməyəcək
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
Aİ komissarı: Avropa ilə Asiya arasında etibarlı marşrut Orta Dəhlizdir
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb - YENİLƏNİB-1
Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb
Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Laçında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib
Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb
Putin: Moskva İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə danışıqlara hazırdır
İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər
Hakan Fidan Azərbaycan səfiri ilə görüşüb
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO
Tehranda Əli Xameneinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
İran və Oman Hörmüz boğazı üzrə birgə işçi qrupu yaradacaq
Kəmaləddin Heydərov III Dünya Korporativ Oyunlarında uğur qazanmış FHN komandalarının üzvləri ilə görüşüb - VİDEO
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
"Aeroflot"un keçmiş baş direktoru saxlanılıb
Albert Aqarunova qarşı əsassız kampaniya: Süni ajiotajın arxasında nə dayanır? - ŞƏRH
Türkiyədə silah-sursat anbarında partlayış olub, ölənlər var
Azercell və "Samsung"dan yeni kampaniya!
Prezident bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
Ukrayna ordusu Krımda dəmir yolu körpüsünə dron zərbəsi endirib
İranda banklara növbəti kiberhücum olub
"Bloomberg": Əhməd Əl Şaraa NATO sammiti zamanı Ankaraya səfər edə bilər
Prezident İlham Əliyevin sosial media hesabında Şuşada uşaqlarla görüş barədə paylaşım edilib - VİDEO