Bank Of Baku

Gürcüstan Rusiyaya və MDB-nin İcra Komitəsinə etiraz notası göndərib

Gürcüstan Rusiyaya və MDB-nin İcra Komitəsinə etiraz notası göndərib
# 31 oktyabr 2007 13:28 (UTC +04:00)
Gürcüstan Xarici İşlər Nazirliyi oktyabrın 30-da Zuqdidi rayonunu Qanmuxuri kəndində baş vermiş insidentlə bağlı MDB-nin İcra Komitəsinə nota göndərərək izahat istəyib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, notada gürcü-abxaz münaqişəsi zonasındakı MDB sülhməramlı qüvvələrinin komandanı Sergey Çabanın dərhal geri çağırılması tələb olunur. Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko isə hadisə ilə bağlı bu gün XİN-ə dəvət edilib. Ona Gürcüstan hökumətinin rəsmi etiraz notası təqdim olunub.
Xatırladaq ki, oktyabrın 30-da MDB sülhməramlı qüvvələrinə məxsus əsgərlər və hərbi texnika Abxaziyanın separatçıların nəzarətində olan hissəsindən Gürcüstanın Zuqdidi rayonunun Qanmuxuri kəndinə girib. Onlar kəndin ərazisində yerləşən vətənpərvər gənclik düşərgəsini zəbt edərək oranın mühafizəsi ilə məşğul olan Gürcüstan Daxili İşlər Nazirliyinin 3 əməkdaşını döyüblər. Hadisə barədə məlumat alan Gürcüstan prezidenti Mixail Saakaşvili DİN-in xüsusi təyinatlı dəstəsi ilə birlikdə vertolyotla olay yerinə yollanıb. Xüsusi təyinatlılar havaya xəbərdarlıq atəşi açaraq düşərgəyə daxil olublar və Rusiya əsgərlərini tərksilah edərək gürcü polisini azad ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR