Terri Devis Gürcüstana gedir
31 oktyabr 2007 13:41 (UTC +04:00)
Avropa Şurasının baş katibi Terri Devis Gürcüstana səfər edəcək. APA-nın Avropa bürosunun məlumatına görə, baş katib noyabrın 2-4-də Tiflisdə keçiriləcək “Şərqi Avropanın yenidənqurulması” adlı beynəlxalq konfransda iştirak edəcək. T. Devis “Köhnə münaqişələrin həllində yeni ideyalar” işçi qrupunun iclasına sədrlik edəcək. Səfər çərçivəsində Avropa Şurasının baş katibi Gürcüstan rəsmiləri ilə də görüşlər keçirəcək. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, bu tədbirdə nümayəndə heyəti iştirak etməyəcək. /APA/
MDB
Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb
22:04
7 may 2024
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
19:31
7 may 2024
Qırğızıstan-Tacikistan sərhədində atışma olub
17:05
7 may 2024
Belarus TŞ: Taktiki nüvə silahından istifadə edə bilən bölmələr yoxlanılacaq
16:57
7 may 2024