Son məlumata görə, müxalifətin nümayəndə heyəti parlamentin sədri N. Burcanadze ilə görüşə yollanıb. Nümayəndə heyətində keçmiş xarici işlər naziri Salome Zurabişvili, Respublika Partiyasının nümayəndəsi Tina Xidaşeli və “Vahid Gürcüstan Uğrunda Hərəkat” Partiyasının liderlərindən biri Konstantin Qumsadze təmsil olunub. Müxalifət yerli vaxtla saat 18.00-a qədər dörd məsələnin həllini tələb edir: 2008-ci ilin aprelində növbədənkənar parlament seçkilərinin keçirilməsi, seçki sisteminin dəyişdirilməsi, seçki komissiyalarının formalaşdırılması prinsiplərinin dəyişdirilməsi və siyasi məhbusların azadlığa buraxılması. /APA/