Bank Of Baku

Gürcüstan hakimiyyəti müxalifətin tələblərini qəbul etməyib

Gürcüstan hakimiyyəti müxalifətin tələblərini qəbul etməyib
# 03 noyabr 2007 09:04 (UTC +04:00)
Bu barədə S. Zurabişvili Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşdən sonra APA-nın Gürcüstan bürosuna eksklüziv açıqlamasında bildirib. Onun sözlərinə görə, hələlik M. Saakaşvilinin bir qədər vaxtı var: “Cənab prezident, öz insanlarınıza baxın, düşünün. Bu adamlar minimum tələblər irəli sürüblər. Siz qərar verməlisiniz ki, daha qısa müddət üçün bu ölkənin prezidenti olmaq istəyirsiniz, ya yox. Hər şeyi düşünün və qərar verin. Bəlkə Allah sizə kömək oldu. Mən də Sizin üçün dua edəcəyəm”.
Qeyd edək ki, dünən axşam Gürcüstan parlamentinin sədri Nino Burcanadze müxalifət liderlərindən David Berdzenişvili, Kaxa Kukava, Koka Quntsadze, Salome Zurabişvili, Levan Qaçeçiladze və Tinatin Xidaşelini qəbul edib. Onlar tələblərini prezident M. Saakaşviliyə çatdırmaq üçün spikerə təqdim ediblər. Gürcüstan müxalifəti 2008-ci ilin aprelində növbədənkənar parlament seçkilərinin keçirilməsini, seçki sisteminin dəyişdirilməsini, seçki komissiyalarının formalaşdırılması prinsiplərinin dəyişdirilməsini və siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. Görüşdən sonra jurnalistlərə açıqlama verən N. Burcanadze müxalifətin tələblərinin qəbuledilməz olduğunu bildirib: “Biz Gürcüstanın hər bir vətəndaşının fikrinə hörmət edirik. Amma razılaşın ki, özünə və ölkəsinə hörmət edən heç bir hakimiyyət mitinqlər fonunda səslənən ultimativ tələbləri qəbul etməz. Hər hansı bir məsələnin düzgün həlli yolu ultimatum deyil, dialoqdur”. Hazırda Gürcüstan parlamentinin binası qarşısında müxalifətin mitinqi davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR