Tanınmış müğənni və aktyor Vaxtanq Kikabidze hakimiyyətlə müxalifət arasında vasitəçilik etməyə hazır olduğunu açıqlayıb
05 noyabr 2007 08:57 (UTC +04:00)
Tanınmış müğənni və aktyor Vaxtanq Kikabidze Gürcüstan prezidenti Mixail Saakaşvili ilə müxalifət arasında dialoq keçirilməsi üçün vasitəçilik etməyə hazır olduğunu açıqlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, V. Kikabidze bildirib ki, hər iki tərəf bir-birinə doğru addım atmalıdır: “Bu gün vəziyyət çox pisdir. Mən heç vaxt Tiflis küçələrində bu qədər adam görməmişəm. Əgər tərəflər arasında birbaşa dialoq mümkün deyilsə, onların hər ikisinin etimad etdiyi insanları prosesə qoşmaq olar. Hakimiyyət və müxalifət mənim dialoq prosesinə daxil olmağımı məqsədəuyğun saysalar, mən məmnuniyyətlə bunu edərəm”. V. Kikabidzenin fikrincə, dialoq başlamasa, hadisələrin sonrakı inkişafına nə hakimiyyət, nə də müxalifət nəzarət edə biləcək. Müğənni müxalifətin mitinqində bəzi senzuradan kənar ifadələrin istifadə olunmasından narazılığını da dilə gətirib. /APA/
MDB
Putin Rusiya hökumətinin istefasını qəbul edib - YENİLƏNİB
14:38
7 may 2024
Paşinyan etirazlara görə istefa verməyə hazırlaşmır
14:29
7 may 2024
Paşinyan Ermənistanda Rusiya telekanallarının yayımının dayandırıla biləcəyini deyib
14:03
7 may 2024
Paşinyan: Putinlə görüşdə münasibətlərdə yığılıb qalmış problemlər dilə gətiriləcək
13:32
7 may 2024