Bank Of Baku

Metyu Brayza: “Rusiya Gürcüstanın daxili işlərinə qarışmamalıdır”

Metyu Brayza: “Rusiya Gürcüstanın daxili işlərinə qarışmamalıdır”
# 09 noyabr 2007 12:42 (UTC +04:00)
“Gürcüstan bizim çox əhəmiyyətli dostumuzdur. Ona görə də Gürcüstanda baş verənlər bizi narahat edir. Biz Gürcüstan cəmiyyətinin nə qədər mürəkkəb olduğunu anlayırıq. İstisna deyil ki, bu mürəkkəblikdən istifadə edən insanlar var. Gürcüstanda ciddi daxili gərginlik var idi, ancaq bu, Gürcüstanın daxili işidir və Rusiya buna qarışmamalıdır”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu sözləri Gürcüstanın İctimai Televiziyasına müsahibəsində ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza deyib. O, növbədənkənar prezident seçkilərinin və parlament seçkilərinin vaxtının müəyyənləşdirilməsi ilə bağlı referendumun keçirilməsi barədə qərarı alqışlayaraq bunu Gürcüstandakı siyasi problemin demokratik yolla həlli kimi qiymətləndirib. Bununla yanaşı, M. Brayza fövqəladə vəziyyətin elan olunması və KİV-in fəaliyyətinə məhdudiyyətlər tətbiq edilməsindən narahat olduqlarını deyib: “Biz ABŞ və Avropa alyansı bütün tərəflərlə eyni anda dialoq keçirməyə hazırıq. Əlbəttə ki, bu, Gürcüstandakı partiyaların istəyindən asılıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR