Bank Of Baku

Tomas Hammarberq Tiflisdə baş verənləri kobud insan haqları pozuntusu adlandırıb

Tomas Hammarberq Tiflisdə baş verənləri kobud insan haqları pozuntusu adlandırıb
# 09 noyabr 2007 13:53 (UTC +04:00)
Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq noyabrın 7-də Gürcüstanın paytaxtı Tiflisdə mitinqin dağıdılmasının səbəblərini araşdırmağa çağırıb. APA-nın məlumatına görə, T. Hammarberq “RİA Novosti” agentliyinə müsahibəsində istintaqın qərəzsiz aparılacağına ümid etdiyini deyib. Gürcüstan paytaxtındakı hadisələrə qiymət verən komissar bildirib ki, nümayiş iştirakçılarına qarşı hədsiz güc tətbiq olunub, çox adam zərər çəkib və bu, çox ciddi haldır. O, aksiya zamanı Gürcüstan obmudsmanı Sozar Subarinin də döyüldüyünü xüsusi qeyd edib: “Hətta o, özünün kimliyini bildirəndən sonra da onu döyməyə davam ediblər”. T. Hammarberq baş vermiş hadisələri insan haqlarının kobud pozuntusu adlandıraraq insanların sərbəst toplaşmaq azadlığının pozulduğunu bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR