Bank Of Baku

Badri Patarkasişvili haqqında cinayət işi qaldırılıb

Badri Patarkasişvili haqqında cinayət işi qaldırılıb
# 09 noyabr 2007 14:02 (UTC +04:00)
Məşhur gürcü biznesmeni, müxalifəti maliyyələşdirən Badri Patarkasişvili haqqında cinayət işi qaldırılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, baş prokurorun müavini Nikoloz Qvaramiya Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə (hakimiyyəti devirmək üçün qabaqcadan əlbir olmaq) ittiham olunan B. Patarkasişvilinin şahid qismində istintaqa dəvət olunacağını açıqlayıb.
Xatırladaq ki, 7 noyabrda müxalifətin kütləvi aksiyalarının dağıdılmasından sonra Badri Patarkasişvili bəyanatla çıxış edərək Mixail Saakaşvilinin hakimiyyətini faşist rejimi adlandırıb. O bildirib ki, ölkədə hakimiyyət dəyişikliyinin baş verməsi üçün son qəpiyini də əsirgəməyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR