Bank Of Baku

Gürcüstanın yeni hökumətinin tərkibi açıqlanıb

Gürcüstanın yeni hökumətinin tərkibi açıqlanıb
# 19 noyabr 2007 13:56 (UTC +04:00)
Gürcüstanın yeni hökumətinin tərkibi ilə bağlı təqdimat parlamentin katibliyinə daxil olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, 37 yaşlı bankir Lado (Vladimir) Qurgenidzenin başçılığı ilə qurulacaq yeni hökumət əsəsən əvvəlki nazirlərdən ibarət olacaq. Yalnız təhsil və qaçqınların işləri üzrə nazirlər dəyişdirilib. Belə ki, təhsil naziri vəzifəsinə keçmiş nazirin müavini Bella Tsipuriya, qaçqınların və məcburi köçkünlərin işləri üzrə nazir vəzifəsinə isə Koba Subelianinin namizədliyi irəli sürülüb. Ümumilikdə Nazirlər Kabineti 13 nazirlik və 4 dövlət nazirliyindən ibarətdir. Parlamentin noyabrın 22-də yeni hökumətin tərkibini təsdiqləyəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR