Bank Of Baku

Mikloş Haraşti “İmedi” telekanalı ilə bağlı vəziyyəti müzakirə etmək üçün Gürcüstana gedib

Mikloş Haraşti “İmedi” telekanalı ilə bağlı vəziyyəti müzakirə etmək üçün Gürcüstana gedib
# 22 noyabr 2007 15:13 (UTC +04:00)
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Gürcüstanda səfərdədir. APA-nın məlumatına görə, M. Haraşti Gürcüstanda bu sahədə yaranmış vəziyyəti, xüsusən “İmedi” telekanalının bağlanmasını müzakirə edəcək. O, Mixail Saakaşvilinin istefasından sonra prezident səlahiyyətlərini icra edəcək parlamentin sədri Nino Burcanadze, hökumət nümayəndələri, QHT və KİV təmsilçiləri, o cümlədən “İmedi”nin əməkdaşları ilə görüşlər keçirəcək. M. Haraşti “İmedi” telekanalının alternativ informasiya mənbəyi olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR