Bank Of Baku

Gürcüstan parlamenti Nazirlər Kabinetinin yeni tərkibini və hökumət proqramını təsdiqləyib

Gürcüstan parlamenti Nazirlər Kabinetinin yeni tərkibini və hökumət proqramını təsdiqləyib
# 23 noyabr 2007 09:35 (UTC +04:00)
Gürcüstan parlamenti noyabrın 22-də gecə yeni Nazirlər Kabinetinin tərkibini və hökumət proqramını yekdilliklə təsdiqləyib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, müzakirələrdən əvvəl baş nazir Lado Qurgenidze və nazirlər parlament komitələrində və səsverməni boykot edəcəyini açıqlamış “Demokratik cəbhə” ilə “Sağ müxalifət” istisna olmaqla digər fraksiyalarda görüş keçiriblər. Yeni hökumətdə cəmi iki dəyişiklik var. Milli Təhlükəsizlik Şurasının katibi təyin olunmuş Aleksandr Lomayanın yerinə Maya Miminoşvili, qaçqınların və məcburi köçkünlərin işləri üzrə nazir Georgi Xeviaşvilinin yerinə isə Koba Subeliani təyin edilib. Gürcüstanın Nazirlər Kabineti 13 nazir və 4 dövlət nazirindən ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR