Bank Of Baku

Gürcüstan BMT, ATƏT, NATO və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı tədbir görməyə çağırıb

Gürcüstan BMT, ATƏT, NATO və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı tədbir görməyə çağırıb
# 17 aprel 2008 14:42 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, xarici işlər naziri David Bakradze BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını təkidlə tələb etdiklərini bildirib. Prezident Mixail Saakaşvili isə Rusiya rəhbərliyini Gürcüstanın suverenliyini pozan qərarlarına yenidən baxmağa səsləyib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin hökumətə Abxaziya və Cənubi Osetiyanın faktiki hakimiyyət orqanları tərəfindən verilmiş sənədləri və bu regionlarda qeydiyyatdan keçmiş hüquqi şəxsləri tanımaq istiqamətində addımlar atmağı tapşırıb. Bundan əvvəl Moskva Abxaziyaya qarşı MDB çərçivəsində tətbiq edilmiş iqtisadi sanksiyalardan imtina edib. Abxaz və osetin separatçıları Rusiyanın qərarlarını müstəqilliklərinin qismən tanınması kimi qiymətləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR