Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində sərnişin avtobusunu dronla vurub.
APA xəbər verir ki, bu barədə regionun qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvalov bildirib.
Onun sözlərinə görə, dron zərbəsi nəticəsində avtobusda olanlardan 5 nəfər ölüb, 23 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.