Bank Of Baku

Gürcüstanın “İmedi” telekanalı texniki yayımını bərpa edib

Gürcüstanın “İmedi” telekanalı texniki yayımını bərpa edib
# 05 may 2008 09:12 (UTC +04:00)
Tiflis APA. Gürcüstanın “İmedi” telekanalı texniki yayımını bərpa edib və hazırda efirdə filmlər nümayiş etdirilir. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, telekanalın baş direktoru Bidzina Barataşvili bildirib ki, yeni aparıcılar və reportyorlar işə cəlb edildikdən sonra iyun ayından etibarən xəbər proqramlarının yayımına başlanacaq: “Telekanal tam gücü və yeni layihələrlə yalnız sentyabr ayından işə başlaya biləcək”.
Qeyd edək ki, “İmedi” 2007-ci ilin dekabrında kadr çatışmazlığı üzündən fəaliyyətini dayandırıb və teleşirkətin təsisçisi Badri Patarkatsişvilinin vəfatından sonra maliyyə problemi də ortaya çıxıb. Mərhum iş adamının qohumu Cozef Key teleşirkətin səhmlərinin 70%-nə sahib olduğunu bildirsə də, B. Patarkatsişvilinin həyat yoldaşı İnna Qudavadze onun telekanal üzərindəki hüquqlarını tanımadığını bəyan edərək məhkəmədə iddia qaldırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR