Bank Of Baku

31 yaşlı Eka Tkeşelaşvili Gürcüstanın xarici işlər naziri təyin olunub

31 yaşlı Eka Tkeşelaşvili Gürcüstanın xarici işlər naziri təyin olunub
# 05 may 2008 13:29 (UTC +04:00)
Xatırladaq ki, əvvəlki nazir David Bakradze hakim partiyanın siyahısında 1 saylı namizəd kimi parlament seçkilərinə qatıldığı üçün vəzifəsindən istefa verib.
E. Tkeşelaşvili 1977-ci il mayın 23-də Tiflisdə dünyaya gəlib. Tiflis Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Beynəlxalq Qırmızı Xaç Komitəsində çalışıb. “Qızılgül inqilabı”ndan sonra ədliyyə nazirinin müavini vəzifəsinə gətirilib. 2005-ci ildə daxili işlər nazirinin müavini təyin edilib. Sonra Tiflis Apellyasiya Məhkəməsinin sədri, ədliyyə naziri və son olaraq baş prokuror vəzifələrində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR