Bank Of Baku

ABŞ və Ermənistan kritik faydalı qazıntılar üzrə əməkdaşlığın icrasını müzakirə edib

ABŞ və Ermənistan kritik faydalı qazıntılar üzrə əməkdaşlığın icrasını müzakirə edib
# 30 sentyabr 2026 16:09 (UTC +04:00)

ABŞ və Ermənistan kritik faydalı qazıntılar sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun (MOU) icrasını sürətləndirmək istiqamətində müzakirələr aparıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Enerji Təchizat Zəncirləri üzrə direktoru Pol Hyuper Ermənistan hökumətinin, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Görüşlər zamanı Ermənistanın dağ-mədən sektorunda ABŞ tərəfindən göstərilə biləcək texniki dəstəyə dair ehtiyaclar və imkanlar müəyyənləşdirilib.

Səfirliyin məlumatına görə, tərəflər təhlükəsiz və şaxələndirilmiş kritik faydalı qazıntı təchizat zəncirlərinin formalaşdırılması, eləcə də ABŞ-Ermənistan strateji tərəfdaşlığı çərçivəsində iqtisadi imkanların genişləndirilməsi məsələlərini müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR