Bank Of Baku

“Allianz Trade” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb

“Allianz Trade” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
# 30 sentyabr 2026 15:15 (UTC +04:00)

“Allianz Trade” beynəlxalq sığorta və risklərin idarə edilməsi şirkəti Azərbaycanın ölkə risk reytinqini “B1” səviyyəsində sabit saxlayıb.

“APA-Economics” xəbər verir ki, bu barədə şirkətin 2026-cı ilin III rübü üzrə ölkə risk reytinqlərinin yenilənməsində bildirilib.

Qeyd edək ki, “Allianz Trade” bu ilin aprelində Azərbaycanın risk qiymətləndirməsini “C1” səviyyəsindən “B1” səviyyəsinə yüksəltmişdi. Beləliklə, III rüb üzrə qiymətləndirmədə Azərbaycanın mövqeyi dəyişməyib.

Azərbaycan üçün “B1” reytinqi ölkədə ümumi risk səviyyəsinin aşağı olduğunu, xüsusilə də yaxın müddətdə ödəniş və kommersiya risklərinin məhdud qaldığını göstərir. Başqa sözlə, “Allianz Trade” Azərbaycanı biznes fəaliyyəti və xarici tərəfdaşlarla hesablaşmalar baxımından nisbətən dayanıqlı ölkə kimi qiymətləndirir. Bununla belə, “B” kateqoriyası iqtisadi və institusional risklərin tam aradan qalxmadığını göstərir.

Qeyd edək ki, “Allianz Trade”ın ölkə risk reytinqi suveren kredit reytinqi deyil. Bu qiymətləndirmə konkret ölkədə fəaliyyət göstərən şirkətlərin nəzarətindən kənar iqtisadi, siyasi və maliyyə amilləri səbəbindən kommersiya öhdəliklərinin ödənilməməsi riskini ölçür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR