Bank Of Baku

Aİİ Ermənistandan dekabradək referendumla bağlı qərar gözləyir, əks təqdirdə, təşkilat özü addımlar atacaq

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin

© APA | Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin

# 11 avqust 2026 10:32 (UTC +04:00)

Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistanın dekabr ayınadək referendum keçirilməsi barədə qərar elan edəcəyini gözləyir.

APA xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Qaluzinin sözlərinə görə, Ermənistanın referendumla bağlı mövqeyi Aİİ ölkələrinin dövlət başçılarının görüşündə nəzərə alınacaq.

“Aydındır ki, həmin vaxta qədər referendum çağırışına qulaq asılmasa, liderlər İrəvana münasibətdə müvafiq gələcək birgə addımları müəyyənləşdirərkən bu faktı nəzərə alacaqlar”, – Qaluzin qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR