Bank Of Baku

Moskvada Putinlə Orban arasında danışıqlar başlayıb - YENİLƏNİB

Moskvada Putinlə Orban arasında danışıqlar başlayıb - YENİLƏNİB
# 05 iyul 2024 14:36 (UTC +04:00)

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Macarıstan baş naziri Viktor Orban arasında görüş başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin-Orban ikitərəfli danışıqları Kremldə keçirilir.

Danışıqlarda Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması müzakirə olunur.

***

14:11

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Macarıstan Baş naziri Viktor Orban arasında danışıqlar keçiriləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O, Orbanın bu gün Moskvaya işgüzar səfərə gəldiyini təsdiqləyib. Rusiya Prezidentinin sözçüsü qeyd edib ki, yaxın dəqiqələrdə Kremldə Putin-Orban danışıqları olacaq.

Peskov danışıqlarda o cümlədən Ukrayna mövzusunun müzakirə olunacağını söyləyib. Kreml rəsmisi danışıqlarda Vladimir Medinski, Sergey Lavrov və Yuri Uşakovun iştirak edəcəyini də bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR