Paşha Bank
Bank Of Baku

Dağıstanda iki sabiq nazir saxlanılıb

Dağıstanda iki sabiq nazir saxlanılıb
# 27 noyabr 2026 12:51 (UTC +04:00)

Rusiyanın Dağıstan Respublikasında keçmiş səhiyyə naziri Əliomar Əhmədov və mülki müdafiə, fövqəladə hallar üzrə keçmiş nazir Nəriman Kazimaqamedov saxlanılıb.

Bu barədə “News.ru” məlumat yayılıb.

Saxlanılmanın səbəbləri, onlara qarşı irəli sürülən ittihamlar və əməliyyatın təfərrüatları barədə hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Dağıstan rəhbəri Fedor Şukin noyabrın 18-də hər iki şəxsi tutduqları vəzifələrdən azad edib.

Əliomar Əhmədov Dağıstanın səhiyyə naziri vəzifəsini müvəqqəti icra edirdi. Onun yerinə nazirin birinci müavini Nabi Kurayev təyin olunub.

Nəriman Kazimaqamedov isə mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazir vəzifəsini müvəqqəti icra edib. Onu bu vəzifədə nazir müavini Nadim Velixanov əvəzləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR