Dağıstanda terrorçuların hücumundan sonra ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB 2

Dağıstanda terrorçuların hücumundan sonra ölənlərin sayı 15-ə çatıb  - YENİLƏNİB  2
# 24 iyun 2024 04:21 (UTC +04:00)

Dağıstanda baş vermiş terror aktı nəticəsində Daxili İşlər Nazirliyinin 15-dən çox əməkdaşı həlak olub.

APA xəbər verir ki, bu barədə Dağıstan respublikasının rəhbəri Sergey Melikov öz şəxsi telegram kanalında məlumat verib.

O həmçinin terror aktı nəticəsində bir neçə mülki şəxsin də həlak olduğunu deyib.

***

23:56

Dağıstanda terrorçuların hücumundan sonra ölənlərin sayı 10-a çatıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərin 8-i hüquq-mühafizə orqanlarının əməkdaşıdır,

25 nəfərin isə yaralandığı qeyd olunub.

***

21:35

Dağıstanda hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bununla bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Dağıstanın paytaxtı Maxaçqalada terrorçular polisə hücum edib.

Rusiya Milli Antiterror Komitəsi Respublika ərazisində əksterror əməliyyatı rejiminin tətbiq olunduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR