Bank Of Baku

Ermənistan növbəti dəfə KTMT sammitinə qatılmaqdan imtina edib

Ermənistan növbəti dəfə KTMT sammitinə qatılmaqdan imtina edib
# 24 noyabr 2025 18:38 (UTC +04:00)

KTMT sammiti noyabrın 27-də Bişkekdə keçiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Ermənistan sammitdə iştirak etməyəcək, lakin razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil.

O, Rusiya, Qırğızıstan, Belarus, Qazaxıstan və Tacikistan liderlərinin sammitdə iştirak edəcəyini açıqlayıb.

Kreml rəsmisi qeyd edib ki, KTMT sammitinin yekun bəyannaməsində beynəlxalq və regional gündəmdəki əsas məsələlərə ümumi yanaşmalar əks olunacaq.

Qeyd olunub ki, Putin ənənəvi olaraq Bişkekə səfərini başa vuraraq mətbuatın qarşısına çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR