Gürcüstanda son üç həftə ərzində koronavirus infeksiyasına yoluxma halları laborator müayinələrlə təsdiqlənib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze yerli mediaya bildirib.
Onun sözlərinə görə, göstəricilər kiçik olsa da, koronavirusun mövcud olduğunu göstərir.
Çxaidze qeyd edib ki, hazırda Gürcüstanda yüngül və ağırlaşmayan hallara səbəb olan viruslar üstünlük təşkil edir.
“Viruslara yoluxmalarla bağlı stasionara müraciətlərin sayı tədricən azalır. İyul-avqustda müraciətlərin daha da azalacağını gözləyirik”, - o əlavə edib.