Bank Of Baku

İrəvanda partlayış baş verib, 4 nəfər yaralanıb

İrəvanda partlayış baş verib, 4 nəfər yaralanıb
# 30 sentyabr 2025 18:53 (UTC +04:00)

Bu gün İrəvan şəhərinin Ayasa küçəsində yerləşən tikiş sexində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası Milli Böhran İdarəetmə Mərkəzinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə dəstəsi göndərilib.

Fəaliyyətsiz sexin birinci mərtəbəsindəki otaqlardan birində hələ müəyyən edilməmiş səbəblərdən partlayışın baş verdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR