Rusiyanın Kamçatka bölgəsində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələnin ocağı 40,4 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların episentrinin Petropavlovsk-Kamçatskidən 426 kilometr məsafədə olduğu bildirilib.