Bank Of Baku

Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb, ailəsinin əmlaklarına həbs qoyulub - YENİLƏNİB-8

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan

© APA | Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan

# 25 avqust 2026 13:37 (UTC +04:00)

Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb.

“Armenpress” xəbər verir ki, 24 avqustda Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.

Eyni zamanda, daha doqquz nəfərə qarşı cinayət işi açılıb.

Qeyd olunur ki, Köçəryan 1998-2008-ci illərdə Ermənistan Respublikasının Prezidenti vəzifəsində çalışdığı dövrdə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını uydurma əsaslarla mənimsəyib və bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra obyektlər əldə edib. Söhbət torpaq sahələri və daşınmaz əmlak obyektlərindən gedir.

Köçəryanın ailəsinə məxsus daşınmaz əmlaklara həbs qoyulub. Evində axtarış başa çatıb.

***

13:28

Robert Köçəryan özünü pis hiss etdiyi üçün təcili yardım çağırılıb.

APA xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, Köçəryanda yüksək qan təzyiqi qeydə alınıb və o, əlavə müayinə üçün müvafiq tibb müəssisəsinə köçürülüb.

***

13:23

Robert Köçəryanın oğlu Levon Koçaryanın evində axtarış başa çatıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

***

12:44

Robert Köçəryanın böyük oğlu Sedrakın həbs edilməsinə dair vəsatət təqdim olunub.

Bu barədə "Pastinfo" məlumat yayıb.

***

12:32

Robert Köçəryan xəstəxanaya yerləşdirilib.

“24News” xəbər verir ki, Köçəryan təcili yardım maşınında MTX əməkdaşlarının müşayiəti ilə xəstəxanaya çatdırılıb.

***

11:18

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryana qarşı açılan cinayət işi ilə bağlı təfərrüatları açıqlayıb.

"Armenpress"in məlumatına görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bununla bağlı açıqlama yayıb.

"Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işlərində faktiki məlumatlar əldə edilib ki, Ermənistan Respublikası prezidenti vəzifəsini tutan şəxs, ona yaxın şəxslərlə əvvəlcədən razılaşdırılaraq, vəzifəsindən istifadə edərək, müxtəlif uydurma əsaslarla bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra dövlət və iqtisadi əhəmiyyətli qiymətli əmlaklar əldə edib".

6 nəfər, o cümlədən keçmiş prezident, onun oğlu və cinayət sxemlərində iştirak edən digər şəxslər saxlanılıb.

10:43

***

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan tutulub.

Ermənistan mediasının xəbərinə görə, onlar Antikorrupsiya Komitəsinə aparılıb.

***

10:10

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın evindədirlər və hüquq-mühafizə orqanları evdə axtarışları davam etdirirlər.

Məlumata görə, Köçəryan ailəsinin üzvləri də hazırda evdədirlər.

Qeyd edək ki, bundan əvvəl Robert Köçəryanın Antikorrupsiya Komitəsinə aparıldığı, oğlu Levon Köçəryanın evində isə axtarış keçirildiyi bildirilmişdi.

***

09:42

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Antikorrupsiya Komitəsinə aparılıb.

APA xəbər verir ki, bu barədə Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında istintaq orqanlarının əməkdaşları Robert Köçəryanı Antikorrupsiya Komitəsinə aparıblar.

Eyni zamanda, Robert Köçəryanın oğlu Levon Köçəryanın evində axtarış aparıldığı rəsmən təsdiqlənib.

Ermənistan Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, korrupsiya işlərinin istintaqı çərçivəsində onlarla ünvanda genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.

Komitə zərurət yaranacağı təqdirdə əlavə məlumat veriləcəyini açıqlayıb.

Ermənistan KİV-in məlumatına görə, Antikorrupsiya Komitəsinin əməkdaşları hazırda Köçəryan ailəsinə məxsus “Orange Premium Fitness Club”da, həmçinin “Toyota” avtomobil salonunda da istintaq məliyyatı həyata keçirirlər.

***

08:38

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları səhər saatlarından etibarən ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanın evinə gəlib.

APA xəbər verir ki. bu barədə müxalif “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan sosial şəbəkələrdə məlumat yayıb.

Hadisədən bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət proqramının müzakirəsi zamanı müxalifətə, o cümlədən “Köçəryan klanı”na qarşı bir neçə dəfə sərt ifadələr səsləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR