Kreml ABŞ-nin "Crocus"la bağlı bütün informasiyaları Moskvaya ötürməməsi məlumatına münasibət bildirib

Kreml ABŞ-nin "Crocus"la bağlı bütün informasiyaları Moskvaya ötürməməsi məlumatına münasibət bildirib
# 28 mart 2024 14:01 (UTC +04:00)

Kreml "New York Times"ın ABŞ kəşfiyyat orqanlarının "Crocus"da terror aktı ilə bağlı bütün informasiyaları Rusiya Federasiyasına ötürmədiyi barədə məlumatına münasibət bildirib

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin bu barədə məlumatsız olduğunu söyləyib.

Qeyd edək ki, "New York Times" nəşrinin yazdığına görə, ABŞ kəşfiyyat xidmətləri mənbələrini açıqlamaqdan qorxaraq "Crocus"da terror aktı təhlükəsi ilə bağlı əldə etdikləri bütün məlumatları Rusiyaya ötürməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR