Bank Of Baku

Kursk vilayətinin 46 sakini Ukraynadan Rusiyaya qaytarılıb

Kursk vilayətinin 46 sakini Ukraynadan Rusiyaya qaytarılıb
# 22 noyabr 2024 19:39 (UTC +04:00)

Bu gün Kursk vilayətinin 46 sakini aparılan danışıqlar prosesi nəticəsində Ukraynadan Rusiyaya qaytarılıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu teleqram kanalında Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili-ombudsman Tatyana Moskalkova bildirib.

Moskalkova qeyd edib ki, Kurs sakinləri avqustda silahlı hücumdan sonra Ukrayna silahlı qüvvələri tərəfindən Kursk vilayəti ərazisindən aparılıb. Rusiyaya qaytarılan vətəndaşlar arasında biri yeni doğulmuş, biri 3 yaşına qədər olmaqla, 12 uşaq və əlil də var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR