Rusiya Ermənistanın Avropa İttifaqına üzvlüyə hazırlıq prosesini maliyyələşdirməyəcək.
APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalında çıxışı zamanı deyib.
“Rusiya Avrasiya İqtisadi İttifaqında (Aİİ) Ermənistanın əldə etdiyi böyük imtiyazlardan istifadə etməklə Aİ-yə üzvlük və ya üzvlüyə hazırlıq prosesinin maliyyələşdirilməsini istəməyəcək”, – Lavrov bildirib.
Rusiya XİN başçısı Ermənistan hökumətinin Aİ-yə üzvlüklə bağlı siyasətinə də münasibət bildirib.
“Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin Avropa İttifaqına yönəlmiş səylərindən danışsaq, əminəm ki, Aİ səlahiyyətliləri onları aldada bilərlər və aldadacaqlar. Ermənistanın Aİ-yə necə üzv ola biləcəyini təsəvvür edə bilmirəm. Halbuki Türkiyə və ya məsələn, Serbiya artıq bir neçə onillikdir növbədədir”, – Lavrov qeyd edib.