Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı ilə oyun quraraq ölkəsini məhv edir.
APA xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Onlar indi Avropa İttifaqı ilə oyun qurmağa başlayıblar. Qulaq asın, bu çox təhlükəli oyundur. Paşinyan Ermənistanı məhv edəcək, onu orada sakitləşdirin”, - Belarus lideri bildirib.
***
13:44
“Paşinyan ölkəni məhv edəcək”.
APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenko bunu Ermənistanın Qərbə istiqamətlənməsi haqqında suallara cavab verərkən söyləyib.