Moskva vilayətinin Zelenoqrad şəhərində yerləşən Moskva Elektron Texnika Universitetində təxliyə əmri verilib.
APA-nın Moskva bürosu xəbər verir ki, raket təhlükəsi elan edildikdən sonra tələbələrdən sığınacaq tapmaları istənilib.
***
18:08
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib.
APA-nın Moskva bürosu xəbər verir ki, sakinlərə qapalı məkanlarda və ya dayanacaqlarda sığınacaq axtarmaları tövsiyə olunub.