Bank Of Baku

Moskvada gecə dron hücumu nəticəsində üç nəfər ölüb, beş nəfər isə yaralanıb

Moskvada gecə dron hücumu nəticəsində üç nəfər ölüb, beş nəfər isə yaralanıb
# 13 iyul 2026 08:18 (UTC +04:00)

Moskva vilayətinə gecə dron hücumu nəticəsində üç nəfər ölüb, beş nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə vilayətin Andrey Varabyov məlumat verib.

Məlumata görə İstra şəhərinin Pionerski qəsəbəsində dron düşməsi nəticəsində üç nəfər ölüb, üç nəfər isə yaralanıb. Hadisə zamanı beş fərdi evə ziyan dəyib.

Solneçnoqorskda isə dronun yaşayış binasına dəyməsi nəticəsində iki nəfər yaralanıb. Bölgədə evlərin və obyektlərin zərər gördüyü bildirilir.

Hava hücumundan müdafiə qüvvələrinin Moskva vilayətində gecə boyu səksən bir dronu zərərsizləşdirdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR