Paşha Bank
Bank Of Baku

Rusiyada “Novaya qazeta”nın redaksiya heyəti nəşrin bağlandığını elan edib

Rusiyada “Novaya qazeta”nın redaksiya heyəti nəşrin bağlandığını elan edib
# 30 oktyabr 2026 11:14 (UTC +04:00)

Rusiyanın “Novaya qazeta” nəşri 30 illik fəaliyyətindən sonra bağlandığını elan edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bəyanat qəzetin saytında dərc edilib.

“9 noyabrda 30 il yaşadığımız binanın işıqlarını söndürəcəyik, serverləri bağlayacağıq və gedəcəyik. Qəzet artıq yoxdur”, deyə bəyanatda bildirilib.

Bu qərar qəzetin redaksiyasının Moskvanın mərkəzindəki Potapovski küçəsindəki binasından çıxarılması ilə əlaqədardır. Binadan çıxmaq zərurəti baş redaktor Sergey Sokolovun məktubunda bildirilib.

Onun sözlərinə görə, jurnalistlərə köçmək üçün az vaxt verilib və hələ yeni bina tapılmayıb. Eyni zamanda, qəzetin oxucu ianə toplama sistemi də söndürülüb.

Qeyd edək ki,“Novaya qazeta”nın ilk sayı 1 aprel 1993-cü ildə nəşr olunub. 2022-ci ildə nəşr “Roskomnadzor”un iki xəbərdarlığından sonra çap nəşrini dayandırıb. 2026-cı ilin sentyabrında Ədliyyə Nazirliyi “Novaya qazeta”nı “xarici agentlər reyestri”nə əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR